Ələyəz kəndində yəhudi qəbirstanlığına çatmamış, körpünü keçdikdən sonra arxada qalan, nisbətən ot basmış hissədə müsəlman qəbirstanlığı yerləşir. Qəbirstanlıq dəmir çəpər ilə əhatələnib. 2018-ci ildə burada yarıdağılmış və tam şəkildə qalmış onlarla qəbr daşı mövcud idi.[1]
Tarixi Dərələyəz bölgəsində, Keşişkənd rayonunun Ələyəz kəndində yerləşən tarixi abidənin özü günümüzə qədər gəlib çatmasa da, üç dildə (ərəb, fars və erməni) yazılmış baş daşı qorunub saxlanmış və sənədləşdirilmişdir. Tarixi memarlıq dəyəri olan abidə azərbaycanlıların müqəddəs hesab etdikləri ziyarətgahlardan idi. Abidənin girəcəyində yerləşən daş lövhədə azərbaycanlıların inanclarını əks etdirən, yerin, ayın və günəşin rəmzi olan üç dairə, hər dairədə 12 imamın rəmzi kimi 12 xətt və doqquz ədəd səkkizguşəli ulduz həkk olunmuşdu. Abidə bu günə qədər gəlib çatmamışdır.
Üç dildə yazılmış məzar yazısı, düz daşda yerləşdirilmiş üç mərmər lövhəyə həkk olunmuşdur, erməni qəbiristanlığının cənub hissəsində, bir kilsəsinin yanında yerləşir. Ərəb yazısı nəsx xətti ilə yazılmışdır, bəzi yerləri zədələnmişdir.
[1] هذا قبر الشاب الأجل، السعيد الشهيد
[2] المحتاج إلى رحمة الله تعالى
[3] أخي توكل ... غفر الله ذنوبه
[4] في تاريخ شهر محرم ثاني وخمسين وسبعماية
1] Bu qəbir şərəfli, xoşbəxt şəhid gəncin məzarıdır
[2] Allahın rəhmətinə möhtacdır
[3] Əxi Təvəkkül... Allah günahlarını bağışlasın
[4] Yeddi yüz əlli ikinci ilin Məhərrəm ayının tarixində. (28.II—30.III.1351)
Ərəbcə kitabənin alt hissəsində fars dilində nəsx xətti ilə Məshəti Gəncəvinin bir rübaisi (onun klassik divanında 46-cı rübai) verilmişdir, lakin şeirin bir hissəsi pozulduğuna görə tam düşməmişdir :
1] ز شکر تو مصر و روم و چین خواهد بود
[2] هر که ...... خواهد بود
Minnətdarlıq olaraq sən Misirin, Rumun və Çinin, hamısının, hər hansı ki... sən (sahib) olacaqsan.
Ermənicə yazılmış kitabədə isə aşağıdakılar yazılmışdır :
Allaha sadiq qul və şəhidlik [1-2 söz] öz qanı ilə boyayıb və ……. İsa Məsihin adı ilə ….. çıraq oldu.
[MüqəddəsQriqori] Ələyəz paytaxtında. Düzgün iman və səmimi qəlblə dolu, Tanrı tərəfindən bəxş olunan nemətlərlə ölüb və Məsihin işığına layiq görüldü. Öldü və Məsihin rəhmətinə layiq oldu.
Mən, Tav[akkal], hər cür xəstəliklərin həkimi. Qardaşlarımız olan müqəddəs Nerses üçün dualarınızda xatırlayın. İsa Məsihin adı ilə. Bu, erməni təqviminə görə 801 [1352] tarixində baş verdi."
Ərəb yazısına görə, birincisi, hələ də erməni variantında deşifrasiya edilməyən mərhumun adı müəyyənləşdirilir. İkincisi, “Əxi” termini ilə Ələyəzdə orta əsrlərdə tacirlərin ittifaqı olan əxi qardaşlığının mövcudluğuna işarə edir. Çünki, qəbr yazısı üzərində “Qardaşlarımızı dualarınızda xatırlayın...” ifadəsi, sosial-dini mövqeyə və ideoloji məqsədə görə eyni inancı bölüşən qardaşlar ola biləcəyini nəzərdə tutur. Çox maraqlıdır ki, ərəb variantından fərqli olaraq, erməni yazısı əxi Təvəkkülə xristian dininə uyğun olaraq dualar verilir : “... Məsihin adı ilə... öldü və Məsihin nuruna layiq görüldü... Məsihin mərhəməti...” və s. Bununla yanaşı, ermənicə yazı, qardaşlıq başçısı kimi çıxış edən “müqəddəs Nerses” adını qeyd edir. Ərəb yazısı göstərir ki, əxi korporasiyasının rəhbərləri və ya üzvləri xristianlar da ola bilərdilər. Diqqətəlayiq olan başqa bir məqam var: Əxi Təvəkküldən bəhs edərkən “şabb” (gənc) ifadəsi işlənir. Adətən, Əxi təşkilatının üzvləri əsasən “gənclər” idi və ərəb yazılarında və hekayələrində müxtəlif adlar altında çıxış edirdilər: “fata-fıtyan”, “şabb-şubbah”, gənclər, cəsur kişilər, “pəhləvan” və s. Erməni mənbələrində isə axı qardaşlığının üzvləri “manuk” və ya “krıtrç” (cəsur) adlanırdı. Lakin ərəb yazısında “şabb” termini erməni yazısında “manuk” və ya “krıtrç” (yeni yetkin, cəsur kişi) kimi verilmir, bu da onu göstərir ki, ermənicə kitabə qoyulanda şəxsin əxi təriqətinə mənsub olması ilə bağlı düzgün terminalogiya başa düşülməyib. Bu da Əxi Təvəkkülün həm də ola bilsin xristianlar arasında hörmətli şəxs olmasına görə ona inanclı tacirlərin sadəcə kitabə qoymaq istəməsi ilə izah edilə bilər.
Ancaq “əxi” və “şabb” kimi terminlər təvəkkülün əxi qardaşlığının üzvü və ya rəhbəri hesab etməyə imkan verir (böyük ehtimalla o ixtisasca həkim idi).
[1] https://am.sputniknews.ru/amp/20180402/armenia-eghegis-shatin-kladbishe-azerbaijan-11214775.html