Göyçə gölünün qərbində, Kəvər rayonunun Nərədüz kəndində, tarixən Azərbaycanlı əhalinin Abıllu dediyi yerdə 1305-ci ildə vəfat etmiş, "şəhid" əmir Sədəddin ibn Seyfəddinə məxsus sandukə tipli, üzərində müxtəlif motifləri olan qəbr daşı vardır. yuxarı çərçivəsində oyulmuş ərəb dilində yazı ilə bəzədilmiş, bir tərəfində qarşı-qarşıya duran iki əjdahanın relyef şəkli oyulmuşdur. Nəsx xətti ilə yazılmışdır. Bu abidənin yanında başqa bir sandıq formalı məzar yerləşir, lakin yazısı yoxdur. Yerli rəvayətə görə, bu məzarlar döyüşdə öldürülmüş Aslan və Kaplan adlı iki qardaşa aiddir.
Şəhid Əmr Sədəddinin qəbrinin üzərində Quranın Bəqərə surəsinin 256-cı ayəsi tam şəkildə verildikdən sonra aşağıdakılar yazılıb :
Bu məzar mərhum şəhidin məzaridir,
Allahın rəhmətinə qovuşmuş, əziz
əmir, böyük Səadəddin ibn Seyfəddin
... ... ... yeddi yüz dördüncü ildə
Ramazan ayında, bazar ertəsi günü vəfat etmişdir.
Göyçə gölü ətrafı XI əsrdən etibarən köçəri yaylaq-qışlaq heyvandarlığı ilə məşğul olan türkdilli tayfalar tərəfindən yay otlaqları kimi aktiv şəkildə istifadə edilib. Şeyx Sədəddinin qəbri üzərində keçi təsviri, inək təsvirlərinə rast gəlinir.