Paytaxt İrəvandan 30 kilometr şərqdə, Ellər rayonunun Baş Gərni kəndində yerləşən, Ermənistan Respublikası ərazisində ən məşhur turizm destinasiyalarından biri olan, Yunan-Roma üslubunda tikilmiş və tamamilə yenidən rekonstruksiya edilən Gərni məbədinin divarında oyulmuş 6 kufi xətti ilə yazılmış ərəbcə yazıya, 1 nəsx xətti ilə yazılmış farsca yazıya rast gəlinir. Bu paqan məbədi orta əsrlərdə müsəlmanlar tərəfindən çox güman aktiv şəkidlə istifadə edilmişdir və buna görə də onun üzərində çox sayda müsəlman epiqrafikası nümunələrinə rast gəlmək mümkündür.
[1] رحم الله من بني
[2] و كتب عبدي بن عمّار إبراهيم بن إسماعيل
2) Divar üzərində farsca, nəsx xətti ilə həmin məbədin girişinin sağ tərəfindədir. Hərflər qeyri-bərabər və qeyri-dəqiq oyulmuşdur.
نوشته بدین جاهمین نامی من
خودا یاچه باشد سرانجامی من
بهرام سنکتراش تبریز (ی)
Burada mənim adım da yazılmışdır.
Ey Tanrım! Mənim sonum necə olacaq?
Bəhram Daşyonan Təbriz[i] (Təbrizli)."
[1] الله اغفر برحمتك
[2] عبد العزيز الكندي
[1] Allah, mərhəmətinlə bağışla
[2] Əbdüləziz əl-Kindi
4) Sadə bucaqlı kufi xətti ilə oyulmuş yazı məbədin girişinin sol tərəfində, şərq divarında yerləşir. Yazı zamanın təsirindən zərər görmüşdür. Yazı tərzinə görə, paleoqrafik olaraq IX–X əsrlərə aid edilir :
[1] أبو بكر بن أبو إسحاق
[2] و كتب محمد بن يوسف
[1] Əbu Bəkr ibn Əbu İshaq
[2] və bunu Məhəmməd ibn Yusif yazmışdır.
5) Sadə bucaqlı kufi xətti ilə oyulmuş qrafiti məbədin girişinin sol tərəfində, şərq divarında yerləşir. Yazı zamanın təsirindən zərər görmüşdür. Yazı tərzinə görə, paleoqrafik olaraq IX–X əsrlərə aid edilir :
[1] بسم الله الرحمن الرحيم
[2] رحيم ملك الخير
[3] محمد
[4] علي
[5] عبد [الله بن] أحمد
[6] جعفر بن
[7] اللهم اغفر ذنوبهم
6) Sadə bucaqlı kufi (birinci sətir nəsx xətti ilə) məbədin girişinin sağ tərəfində oyulmuşdur. Birinci sətirlər zamanın təsirindən ciddi şəkildə zədələnmişdir. Birinci sətir fars dilində oxunur.
[1] دعا کففت
[2]
[3]
[4] غفیر بجهود
[5] معروف
[6] نوشروان
7) Nəsx elementləri ilə kufi xətti ilə yazılmış qrafiti məbədin girişinin sol tərəfində oyulmuşdur. İlk iki sətir zamanın təsirindən zədələnmiş və oxunmaz haldadır.
[1]…..
[2] اجداد
[3] اسعار
[4] بن علي معين
Gərni məbədi üzərindəki kufi ərəb yazıları və qraffitilər müxtəlif müsəlmanların adlarını ehtiva edir. Onlar məbədi ziyarət etmiş və adlarını, Allaha müraciətlərini, xeyir-dua formullarını və məbədin bərpasında arzularını həkk etmişlər. Ziyarətçilərdən biri, Təbrizli daş ustası Bəhram Şakir divara müəyyən səhvlərlə farsca qafiyəli şer yazıb, bu da onu göstərir ki, fars dili onun ana dili olmayıb və sözügedən şəxs çox güman azərbaycanlı olub. Paleoqrafik təhlil göstərir ki, farsca bu yazı və digər bir yazının fraqmenti XV əsrə aiddir və ərəbcə kufi yazılarından xeyli sonra yazılıb.