Ermənistan Respublikasının ərazisində tapılan ən qədim epiqrafik yazılar ərəb əlifbası ilə xristian məbədlərinin divarları üzərində aşkar edilib. Elmə məlum olan ən qədim yazı on iki sətirdən ibarətdir və hicri təqvimi ilə 154-cü ildə və ya miladi 770-771-ci ildə Zvarnotz məbədinin divar suvağında yazılmışdır. Yazı sadə künclü kufi xətti ilə Müqəddəs Qriqori (Zvartnots) kilsəsinin sütununun suvağında oyulmuşdur. Yazının əvvəl hissəsi və bütün sətirləri silinmişdir. Qalan hissə zamanla zədələnmiş, xüsusilə ilk sətirlər ciddi şəkildə zərər görmüşdür. Hazırda Eçmiədzin Tarix Muzeyinin fondunda mühafizə edilir. Bu yazıya ilk dəfə akademik V. V. Bartold diqqət yetirmişdir. O, yazının yalnız bir adını və tarixini oxumuşdur. Onun oxunuşu M. Ter-Movsesiya tərəfindən tərtib edilmiş rus tərcüməsində dərc edilmişdir. Daha sonra bu yazını A. N. Ter-Gevondyan qeyd etmişdir. Ərəb mətnini A. Xaçatryan yerində oxumuş, fotoşəkillərini çəkərək ilk dəfə olaraq dərc etmişdir. Yazı çətinliklə oxunur. O, standard əsasında tərtib edilməyib. Yazıdakı tarixin dəqiqliyinə heç bir şübhə yoxdur. Yazıda vergilərin və xəracın toplanmasından bəhs edilir. Yazının mətni onu deməyə əsas verir ki, xilafət məmuru öz tərəfdarları və ordusu ilə birgə vergi toplamağa gəldiyi zaman bu yazı yazılmışdır. Ərəbcə hərflər üzərindəki müxtəlif işarələrin mövcud olmaması bəzi sözləri müxtəlif cür oxumağa imkan verir. Ümumiyyətlə, Zvarnots məbədinin divarındakı kufi xətli 3 yazıda üç fərqli həkkakın və ya katibin adı oxuna bilir : Abbas ibn İsa, Cəfər ibn Məhəmməd əl-Camal və Yəhya ibn əl-Əttar. Yazılarda adları çəkilən Yəzid ibn Cərəd, Curhum ibn Kərəm xəlifənin vergi toplamaqla mükəlləf olan məmurları idi.
[1] ... و ضرب və dağıtdı
[2] ... لا صريحة ... جمع (؟) ... açıq deyil ... topladı (?)
[3] حمله و كتب في سنة أربع و خمسين و مائة və yüz əlli dördüncü ildə yazdı [770–771]
[4] في ولاية يزيد بن جرير و جخروما بن كرام (؟) Yezid b. Cərar və Cəhru-xum b. Kərəm (in hakimiyyəti zamanı)
[5] احسانه (؟) onun xeyirxahlığı
[6] كتب العباس (إلياس؟) ب. عیسی الوداكی əl-Abbas (İlyas?) b. İsa əl-Vadaki yazdı
[7] غفر الله له و لاهله Allah onu və ailəsini bağışlasın
[8] في كل سنة و أهله və bütün onun nəslinə... onn tərəfdarlarına...pay toplamaq, vadar etdi...
[9] جبلية أحور (؟) و جبر (عمر) خرج (جرح) القرية kəndlərin (xarac) icarəsi ...
[10] كتب في سنة bu il yazdı
[11] بسم الله الرحمن الرحيم Rəhmli və mərhəmətli Allahın adı ilə
[12] محمد بن عبد الله بن حمد Məhəmməd b. Abdullah b. Həmad
Bu yazıdan başqa digər bir ərəbcə yazı həmin kilsənin sütununun suvağında sadə künclü kufi xətti ilə oyulmuşdur. Yazılı daş hazırda Eçmiədzin Tarix-Arxeologiya Muzeyində saxlanılır. Yazının başlanğıc sətirləri kilsənin dağıdılması nəticəsində zədələnmişdir. Daşın üst hissəsi parçalanmışdır. Bu yazıya ilk dəfə akademik V. V. Bartold diqqət yetirmişdir.
[1] ...
[2] [3] ... Allah onu və bütün ailəsini mübarək etsin və salamlasın. [Bunu] yazdı.
[4] [5] Cəfər b. Məhəmməd əl-Cəhali yazdı. yüz əlli doqquzuncu ildə [775–776].
[6] (Allah hifz etsin)... və əmir İsa b. ... nı öz gördüyü işə görə bağışlasın.
Zvarnots mədədinin divarındakı digər üçüncü yazı kilsənin sütununun suvağında sadə kufi xətti ilə oyulmuşdur. Daşın üst hissəsi parçalanmışdır. Yazının başlanğıcı ciddi şəkildə zədələnmişdir. Mətni qismən V. V. Bartold oxumuşdur, A.Xaçatryan tərəfindən isə tam şəkildə estampı çıxarılaraq öz tədqiqat işində dərc edilmişdir.
[1] ...
[2] [3] Yəhya b. əl-Əttar yazmışdır, Allah onun günahlarını bağışlasın
[4] Allahdan başqa heç bir Tanrı yoxdur
[5] O təkdir, Onun heç bir ortağı yoxdur
[6] Ey Allahım! Onların günahlarını bağışla