Qəmərli rayonunun Talış kəndində yerləşən türbənin bünövrədən 1,5 metr hissəsi 2011-ci ildə çəkilmiş şəkildən aydın olur ki, salamat qalmışdır. Türbənin ətrafında onlarla müsəlman qəbrinə və bəzi yerlərdə isə sandukə tipli qəbirlərə rast gəlinir. Görünür bu türbə sufi şeyxlərindən birinə aid olmuşdur və uzun müddət ərzində müqəddəs bir ziyarətgah kimi əhali tərəfindən aktiv şəkildə istifadə edilmişdir.
Talış kəndinin adı 1970-ci ildə dəyişdirilərək Aruç qoyulmuşdur. Talış kəndində, XI-XIII əsrlərə aid edilən və çox güman ki, Şəddadi sülaləsi tərəfindən tikilmiş bir qalanın qalıqları da vardır.