QƏRBİ AZƏRBAYCANDA YERLƏŞƏN EPİQRAFİK ABİDƏLƏR
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
  • AZE
  • ENG
  • AZE
  • ENG
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
{name_alt}

21. Əkərək məscidi

   Əştərək rayonunun Əkərək kəndində yerləşən XVII əsrə aid olan məscidin 2024-cü ildə erməni blogger Qor Verdiyan tərəfindən çəkilmiş şəkli əsasında söyləmək olar ki, məscid vaxtılə çox möhtəşəm bir dini tikili olmuşdur. Onun daxili gümbəzini saxlayan tağlarından biri günümüzə qədər gəlib çatmışdır. Məscid tamamilə tərk edilmiş vəziyyətdədir. Damı yoxdur və buna görə də təbii təsirlər ilə ildən ilə onun divar hörgüsü zəifləyir, bişmiş kərpicdən tikilmiş gümbəzin alt hissəsi tökülür.
   

   Məscidin kitabəsi bu günə qədər epiqraflar tərəfindən sənədləşdirilməyib və tərəfimizdən harda olduğu barədə məlumat əldə edilməmişdir. 1880-ci ildə kənddə 114 nəfər, 1912-ci ildə isə 542 nəfər Azərbaycanlı yaşayırdı. Demək, məscid burada tarixən yaşamış Azərbaycanlı əhalinin aktiv istifadə etdiyi dini tikili olub.

Əkərək məscidi
Əkərək məscidi
Əkərək məscidi
Əkərək məscidi
Əkərək məscidi
Əsas səhifə
Əsas səhifə
Bu sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "ICOMOS Azərbaycan" tərəfindən hazırlannmışdır. Mədəniyyət Nazirliyi saytın məzmununa görə məsuliyyət daşımır.
© 2025 epiqrafika.az Müəllif hüquqları qorunur.