QƏRBİ AZƏRBAYCANDA YERLƏŞƏN EPİQRAFİK ABİDƏLƏR
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
  • AZE
  • ENG
  • AZE
  • ENG
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
{name_alt}

20. Aqavnatun türbəsi

      Üçkilsə rayonunda yerləşən bu kənd Qaraqoyunlu Cahanşah tərəfindən 1441-ci ildə Erməni patriarxlığının Eçmiədzin monastrına köçürülməsindən sonra onun xərclərini qarşılamaq üçün vəqf olunmuşdur. Səkkizguşəli türbənin 2011-ci ildə çəkilmiş şəklinə əsasən demək olur ki, türbə əsasən kobud but daşından tikilsə də, onun üzəri çox səliqəli şəkildə cilalanmış üzlük daşları ilə hörülmüşdür. Türbənin gümbəz hissəsinin üzəri qismən dağılmışdır və üzərini ot və kollar basmışdır.

      Təəssüf ki, bu müsəlam sufi memarlıq abidəsinin kitabəsini aşkar etmək mümkün olmamışdır. Arxeoloji qazıntılar aparıldığı təqdirdə bu türbənin kitabəsini aşkar etmək və onun tikilmə tarixinə güzgü tutmaq mümkündür.

Əsas səhifə
Əsas səhifə
Bu sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "ICOMOS Azərbaycan" tərəfindən hazırlannmışdır. Mədəniyyət Nazirliyi saytın məzmununa görə məsuliyyət daşımır.
© 2025 epiqrafika.az Müəllif hüquqları qorunur.