QƏRBİ AZƏRBAYCANDA YERLƏŞƏN EPİQRAFİK ABİDƏLƏR
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
  • AZE
  • ENG
  • AZE
  • ENG
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
{name_alt}

17. Becni məscidi

    Erməni fotoqraf, tədqiqatçı və səyyahlar (Soghomon Matevosyan, Vahe Martirosyan) tərəfindən 2016-cı ildə fotoşəkilləri çəkilmiş Bicni və ya Becni məscidinin xarabalığı kəndin içərisindədir. Yerli sakinlərin “Pişikli məscid” adlandırdıqları tikilidə 3 kitabə görmək mümkündür :

  • üzərində tək şir təsviri və ərəbcə yazılar olan yazılı kitabəsi

     kitabədə sağ hissədə ərəbcə “Allah, Məhəmməd, Əli, Həsən, Hüseyn, Fatimə” adları qeyd edilib. Kitabədə daha sonra “Murad ibni Məhəmməd ibn usta Cəfər” sözlərini oxumaq mümkündür. Bu məscidi tikən və ya bərpa edən ustanın adıdır.

مراد بن محمد بن اوستا جعفر

Kitabədə şir fiqurunun ağız hissəsinin altında isə tərsinə yazılmış formada 1216 rəqəmi qeyd edilib, qarın nahiyəsinin altında isə təhrifli formada məscid sözü qeyd edilib. Buradan da aydın olur ki, məscid İrəvan xanlığı dövründə,

  • üzbəüz dayanan iki şir və ortada günəş təsviri olan yazısız kitabə
  • Ərəbcə yazılar olan və məscidin künc hissəsində qoyulmuş kitabəsini görmək mümkündür. Burada “Kəlimeyi-Şəhadət”, “Yar Əli” və “Pir Əmi” sözləri yazılıb.

     Məscid but daşından və gəc birləşdirici məhlulundan istifadə etməklə tikilmişdir. Damı tamamilə uçub dağılmış, giriş qapısı və pəncərələrinin isə ancaq yerləri qalmışdır. Divarlar kobud daşlardan tikilmiş və hörgünün çox yerləri dağılmışdır.Salamat qalmış mehrabının üstündə tağvari forma yaradan iki qövsvari daşı görmək mümkündür. Məscidin daxilində ağaclar bitmiş, divardan tökülmüş daşlar və dəmir parçalar isə müxtəlif hissələrdə toplanmışdır. Məscid ildən-ilə ciddi deqradasiyaya məruz qalmışdır.

Bicni kəndi Axta (Hrazdan) rayonunda yerləşən bu kəndin Azərbaycanlı sakinəri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə zorla Azərbaycana köçürülmüşdür.

Becni məscidi
Becni məscidi
Becni məscidi
Becni məscidi
Becni məscidi
Becni məscidi
Becni məscidi
Becni məscidi
Əsas səhifə
Əsas səhifə
Bu sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "ICOMOS Azərbaycan" tərəfindən hazırlannmışdır. Mədəniyyət Nazirliyi saytın məzmununa görə məsuliyyət daşımır.
© 2025 epiqrafika.az Müəllif hüquqları qorunur.