QƏRBİ AZƏRBAYCANDA YERLƏŞƏN EPİQRAFİK ABİDƏLƏR
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
  • AZE
  • ENG
  • AZE
  • ENG
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
{name_alt}

16. Salah kənd qəbirstanlığı (Qaraqoyunlu eli)

      Qaraqoyunlu elinin kəndlərindən biri olan Salah kəndi Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 15 km cənub-qərbdə yerləşir. Kəndin əhalisinin əhəmiyyətli bir hissəsi 1950-ci ildə qonşu Göyərçin kəndindən köçüb gələnlərdir, belə ki, bu iki kənd birləşdirildikdən sonra Salah kəndi adlandırılmışdır.

      2020-ci ildə erməni aktyor Sergey Danielyan bu kəndin qəbirstanlığından video kadrlar paylaşmışdır.[1] Burada Qarayev Mürsəl Ağamalı oğlunun (doğulub : 1938) qəbirinin üzərində iri yük maşını, ulduz təsvirini, Qarayeva Xanımqız Alı Qızının ( 1912-1970) qəbri üzərində isə 12 ləçəkli gül təsvirlərini və islimi naxışları, Qocayeva Balaqız Nadir qızının (1907-1978) qəbrinin sal çay daşından baş daşını, Əhmədov Firdovsi Mahmud oğlunun (19...4 -1964) və Əhmədova Əminə Mahmud qızının (1952-1965) qəbrinin üzərində isə portfel təsvirini, Musayeva Şahlıq Abdulla qızının (1889-1986), Musayev Məhəmmədin (ö.1967), Musayeva Anaxanımın qəbrlərinin üzərində aypara təsvirini, Həsənov Nəsibin qəbrinin üzərində sünbül təsvirini görmək olar.

 

[1] https://www.facebook.com/sergey.danielyan.50/videos/10214379746966087/?ref=embed_video&t=391

Əsas səhifə
Əsas səhifə
Bu sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "ICOMOS Azərbaycan" tərəfindən hazırlannmışdır. Mədəniyyət Nazirliyi saytın məzmununa görə məsuliyyət daşımır.
© 2026 epiqrafika.az Müəllif hüquqları qorunur.