QƏRBİ AZƏRBAYCANDA YERLƏŞƏN EPİQRAFİK ABİDƏLƏR
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
  • AZE
  • ENG
  • AZE
  • ENG
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
{name_alt}

14.Təkiyə kənd türbəsi

Ermənistan Respublikasının Əştərək rayonunda Təkiyə kəndində yerləşən tarixi türbə vandalizmə məruz qalsa da bu tarixi tikilinin giriş qapısının üzərindəki kitabə və türbənin dördkünc binası günümüzəqədər gəlib çatmışdır. 2016-cı ildə səyyah-bloggerlər tərəfindən təqdim edilən şəkillərə əsasən türbənin tərk edilmiş vəziyyətdə olduğu, üzərində kolların bitdiyi görünür.

     Kitabənin üzərində çox gözəl xətt ilə kəlimeyi şəhadət və katibin adı yazılmışdır : “Bismilləhir Rəhmanir Rəhim. Lə İləhə İləllah. Muhəmməd Rəsulallah. Əli Vəliyullah. Katibi bina Əhməd”

     Təkiyə və ya təkkə orta əsrlərdə tikilən dini tikiliyə verilən addır. Bu tarixi Azərbaycan kəndinin adı da məhz bu ərazidə bu sufi mərkəzinin, müsəlman dini türbəsinin olması ilə əlaqədardır. Təkiyə kəndi Əştərək şəhərindən 7 kilometr şimal-qərbdə yerləşir. 1949 - cu ildə kəndin adı dini xarakter daşıdıdığına görə dəyişdirilib Bazmaxpyur qoyulmuşdur. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1953-cü illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürüldükdə Təkiyə kəndinin demoqrafik mənzərəsi dəyişmişdir.

Əsas səhifə
Əsas səhifə
Bu sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "ICOMOS Azərbaycan" tərəfindən hazırlannmışdır. Mədəniyyət Nazirliyi saytın məzmununa görə məsuliyyət daşımır.
© 2026 epiqrafika.az Müəllif hüquqları qorunur.