QƏRBİ AZƏRBAYCANDA YERLƏŞƏN EPİQRAFİK ABİDƏLƏR
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
  • AZE
  • ENG
  • AZE
  • ENG
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
{name_alt}

13. Gölkənd müsəlman qəbirstanlığı

        2020-ci ildə blogger-səyyahlar tərəfindən paylaşılmış videodan da göründüyü kimi Gölkənd kəndinin tarixi müsəlman qəbirstanlığında yüzə yaxın baş daşı salamat qalmışdır. Burada üzərində lotus gülü ornamentləri olan Məcid Şəmil oğlunun (1893-1962) qəbrinin üzərində ərəbcə yazılara rast gəlinir. Kiril əlifbası ilə yazılmış “bu qəbrin sahibi” ifadəsi isə orta əsrlərə xas olan Azərbaycan qəbirləri üzərindəki ifadənin təkrarıdır. Şəmilova Əsli Məhəmməd qızının (1887-1971) qəbri üzərində onun oğlu Orucdan yadigar olduğu yazılmışdır. Ayaz Mustafa oğlu (ö.1971) isə sonradan rənglənmiş və çox güman zamanla yerə batmış sadə qəbirdə uyuyur. Gülməmmədova Ballı Qurban qızının (1909-1979) qəbri isə əhəng daşından hazırlanmış səliqəli, kirilcə yazılmış qəbri ilə seçilir. Novruzov Malagedən Qurban oğlu (1901-1987), Leyli Pirqulu qızının (1912-1986), Əfəndiyeva Balaqız Alı qızının (1886-1975) oğlu Əziz tərəfindən qoyulmuş qəbri, Məmmədova Güllü Müftü qızı, Mehdixanov Məhərrəm Mehdixan oğlu (186...-197...), Əliyev Məmməd Qəhrəman oğlu (1900-198..), İsmayılov Səməd Səyad oğlu (1900-1976), İsmayılova Rəmziyə Xoylu qızı, Mehdixanova Zöhrə ..... qızı (1898-1968) da daxil olmaqla bir sıra qəbrlərin yuxarı hissəsində vurulmuş şəkillərin çıxarıldığı görünür. Piriyev Əsgər Zirəddin oğlunun (1928-1974) qəbrinin üzərində bayatı (Eləmi qan ağlaram, Duraram dan ağlaram, Ürəkdə arzum getdi, Yenə də qan ağlaram) təsvir olunub.

        Gölkənd kəndi Qaraqoyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in Mixaylovka – Çəmbərək (Krasnoselo-Qırmızıkənd) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə, Tərsəçay sahilində meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənddir. Gölkənd kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ayqut" olaraq dəyişdirilmişdir. Şəmkir rayonu Çardaqlı kəndindən köçürülən ermənilər bu kənddə məskunlaşıblar.

     Hazırda  Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir.

Gölkənd müsəlman qəbiristanlığı
Gölkənd müsəlman qəbiristanlığı
Gölkənd müsəlman qəbiristanlığı
Gölkənd müsəlman qəbiristanlığı
Gölkənd müsəlman qəbiristanlığı
Gölkənd müsəlman qəbiristanlığı
Gölkənd müsəlman qəbiristanlığı
Əsas səhifə
Əsas səhifə
Bu sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "ICOMOS Azərbaycan" tərəfindən hazırlannmışdır. Mədəniyyət Nazirliyi saytın məzmununa görə məsuliyyət daşımır.
© 2025 epiqrafika.az Müəllif hüquqları qorunur.