QƏRBİ AZƏRBAYCANDA YERLƏŞƏN EPİQRAFİK ABİDƏLƏR
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
  • AZE
  • ENG
  • AZE
  • ENG
  • Abidələr
  • Qalereya
  • Haqqımızda
{name_alt}

9. Balıqlı kənd qəbiristanlığı

Balıqlı kəndinin tarixi müsəlman qəbirstanlığında yüzdən artıq salamat qalmış qəbrin olduğu blogger- səyahətçilər tərəfindən 2015-ci ildə çəkilmiş şəkillərdən görünür. Balıqlı kənd qəbirstanlığındakı qəbirlərin üzərində bayatılara, şifahi xalq ədəbiyyatına aid ağılara rast gəlinir.Məsələn, Tahir Bayram oğlu Nəbiyevin (1937-1980) qəbri üzərində qardaşı Məhərrəm və oğlu Mahaldan xatirə olaraq aşağıdakı bayatı qeyd edilmişdir:

Dağlara çıxam fələk,

Əlində yaxam fələk,

Mahalımın toyuna

Qoymadın baxam fələk.

 

 SSRİ dövrünə aid qəbirlər üzərindəki yazılar kiril əlifbası ilə olsa da, bəzi detallar (şəxsin adı, ölüm tarixi və bəzi dini dualar) yenə də ərəb əlifbası ilə yazılmışdır. Qəbirlər üzərində Azərbaycan daş üzərində təsviri sənətin bir sıra gözəl nümunələrinə rast gəlinir. Azərbaycanın digər bölgələrindəki qəbir daşlarında rast gəlinən nəbati naxışlara və baş daşının müxtəlif hissələrinin rənglənməsi adətinə Balıqlı qəbirstanlığında da rast gəlinir. Burada vəfat edən şəxslərin qəbrləri üzərində onun həyatda məşğul olduğu əsas peşəyə uyğun əmək alətlərinin təsvirini də görürük.  Ərəbcə yazılmış və 1905-ci ilə aid olan bir qəbirdə isə “Habil ibn Vəli Balıqlı sakini” ifadəsinə və “şahi gözlər gözlərim” (sol tərəfində isə eyni sözlərin farscası) yazılmışdır.

 

هذا المرقد المرحوم المغفور هابیل بن ولی ساکن بالیقلی  1324 شاهی گوزلر گوزلریم دیده باشم رهبرم Haza əlmərqed əlmərhum əlməğfur Habil ibni Vəli sakini Balıqlı 1324 Şahi gözlər gözlərim
Əsas səhifə
Əsas səhifə
Bu sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "ICOMOS Azərbaycan" tərəfindən hazırlannmışdır. Mədəniyyət Nazirliyi saytın məzmununa görə məsuliyyət daşımır.
© 2025 epiqrafika.az Müəllif hüquqları qorunur.