Aşağı Talın kəndi və ya Türk Talını kəndinin adı 1979-cu ildə Daştadem olaraq dəyişdirilib. Türkiyə Respublikası ərazisindəki Sasun bölgəsinin vaxtilə mövcud olmuş Daştadem adlı kəndin adını daşıyır. Bu qala bürclərlə möhkəmləndirilmiş mühafizə divarından, yaşayış evlərindən, inzibati binalardan, məscid və digər qurğulardan, gizli yeraltı keçiddən, su anbarlarından və digər tikililərdən ibarət olub.
Nəsh xətti ilə, kufi elementləri ilə epiqrafik yazı qalanın mərkəzində yerləşən yarımdairəvi qüllənin içində olan düz dekorativ nişin üzərində relyefli şəkildə həkk olunub. 6 (altı) sətirdən ibarət olan, bu kitabənin 4-cü və 5-ci sətirlərində bəzi sözlər, 6-cı sətri isə tamamən zədələnib. Kitabə Şəddadilər sülaləsinin şahzadələrindən biri tərəfindən qalanın tikilməsi və ya bərpa edilməsi şərəfinə inşa edilmişdir.
[1] أعزه الله
[2] في غرة صفر المبارك
[3] سنة سبعين و خمسمائة
[4] صاحب العمارة الحصار الامير
[5] اسفهسلار الكبير عضد الدين
[6] معز الاسلام سلطان بن محمود بن شا [دور]
Allah onu ucaltsın. 570-ci ilin (sentyabr 1174) mübarək səfər ayında bu möhkəm qalanın ağası şahzadə, böyük spasalar, iman sütunu, islamın vəsf edəni sultan ibn Mahmud ibn Şavur.
Ərəb yazısı (570/1174) Şəddadilərin tarixi üçün yeni sənəddir. O, sonuncu Şəddadi əmirinin adı və tam titulunu özündə daşıyır. Əduddin Sultan (Key-Sultan), hansı ki, yaxın zamana qədər Şahənşah kimi tanınırdı. Yazıdan aydın olur ki, Talin qalasının yarımdairəvi qülləsi məhz Əmir Əduddin Sultan tərəfindən 570/1174-cü ildə inşa edilib və bu qala Şəddadilərin paytaxtı Ani şəhərinə gedən yolda mühüm müdafiə strukturu olub. Bundan əlavə, bu yazı göstərir ki, Talın və ətraf rayonlar Şəddadilərin Ani qolunun idarə etdiyi ərazilərə daxil idi. Paleoqrafik baxımdan Talın qülləsinin yazısı xüsusi maraq doğurur. O, ərəb yazısının təkamülünü əks etdirir (kufi və nəsx elementləri ilə). (daha ətraflı bax: Xaçatryan, Talin ərəb yazısı, səh. 188–198).